Erməni general: Bakı bu informasiyanı bilməli deyil, çox təhlükəlidir...
- 20-05-2020, 10:07
- Siyasət
Ermənistan silahlı qüvvələrinin Baş qərargahının hərbi kəşfiyyat idarəsinin keçmiş rəisi, hazırda baş nazir Nikol Paşinyanın müşaviri olan general Arşak Karapetyan növbəti dəfə parlamentin 2016-cı il dördgünlük aprel müharibəsini araşdıran xüsusi komissiyasında ifadə verib.
Azad Səs-in məlumatına görə, Arşak Karapetyan komissiyanın iclasından sonra orada danışılanları jurnalistlərə açıqlamaqdan imtina edib. “Azərbaycan bunu bilməli deyil ki, erməni kəşfiyyatında onların hücuma hazırlaşdığı haqda informasiya olub, ya yox”,- o bildirib.
Xatırladaq ki, Karapetyan aprel müharibəsinin ardınca o vaxtkı prezident Serj Sərkisyan tərəfindən vəzifədən azad edilib. Nikol Paşinyan hakimiyyətə gələndə isə onu özünə hərbi məsələlər üzrə müşavir təyin edib.
“Mənə aid olan bütün suallar məxfi xarakter daşıyır, ona görə də məni bağışlayın...Sadəcə olaraq danışa bilmərəm”,-Karapetyan jurnalistlərin çoxsaylı suallarına cavab olaraq deyib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri üçün bunu bilmək vacibdir ki, erməni kəşfiyyatı onların planlarından xəbərdar olub, ya yox. “Hər iki variant onlar üçün mühümdür. Biz bunu onlara deyə bilmərik, çünki çox təhlükəlidir”,-Karapetyan bildirib.