azadses.az » Mədəniyyət » Toysuz qalan Azərbaycan müğənniləri: "Ərim var, şükür Allaha!" - SORĞU

Toysuz qalan Azərbaycan müğənniləri: "Ərim var, şükür Allaha!" - SORĞU

Məlumdur ki, koronavirus pandemiyası bütün dünyada tüğyan edir. İqtisadiyyata böyük zərbə vuran bu pandemiya incəsənət sahəsindən də yan keçməyib.
BAKU.WS toylarda iştirak edən yerli məşhurların hazırkı fəaliyyəti ilə bağlı sorğu keçirib. Həmin sorğunu sizə təqdim edirik:
Xalq artisti Səməd Səmədov - “Mən hazırda bağdayam. Yoldaşım da mart ayından mənimlə bağda qalır. Vəziyyətimiz çox pisdir. Heç bir gəlirimiz yoxdur. Ailəm, uşaqlarım yaşım çoxdur deyə efirlərə də buraxmırlar. Amma sağ olsunlar, televiziyalarda köhnə kadrları verirlər. İkinci dalğa gəlir, yenidən hər yer bağlanır. 7 nəvəmin canı üçün nə biznesim var, nə də əlavə gəlirim. Bir neçə il idi, toylara da getmirdim, pul yığmamışdım. Övladlarım da Moskvadadır. Bir sözlə, vəziyyətimiz çox pisdir. Cavan qızlara, oğlanlara ürəyim ağrıyır. O, 200-300 manata işləyən hamı işsiz qaldı”.
Müğənni Kərim Abbasov - Sorğuya cavabı meneceri Yusif Hüseynov verib: “Kərim evdə oturub. Heç bir yerdə işləmir. Yığıdıqlarını yeyib, indi də dostdan-tanışdan, qohumdan borca pul alır, qaytaracaq”.
Müğənni Səidə Sultan - “Toy yoxdur, heç nə oturmuşuq evimizdə... sənətimiz oxumaqdı, başqa nə işlə məşğul ola bilərik ki?! Anam sağ olsun idarə edir. Bir də “instagram”da keçirlən “Giveaway”lərdən qazanırıq”.
Xalq artisti Nazpəri Dostalıyeva - “Toy yoxdur, yeni mahnılarımız, layihələrimiz üzərində işləyirəm. Mən İncəsənət universitetdə illərdir ki, işləyirəm. Heç vaxt ordan aldığım maaşa dəyməmişəm. Karta yığılıb, indi də bala-bala xərcləyirəm”.
Əməkdar artist Abbas Bağırov - “Heç bir işlə məşğul olmuram, hazırda məşhurluğuma görə müəyyən şirkətlə var ki, onlarla işləyirəm. Yəni, reklamlardan qazanıram. Heç bir biznesim, əlavə gəlirim yoxdur. Gəlirim o qədər də deyil, amma hələ ki müəyyən sıxıntılarımı idarə edir”.
Müğənni Nura Suri - “Bir müddət öncə işə düzəlmişəm. Tikinti şirkətində ictimaiyyətlə əlaqələr və reklam müdiri vəzifəsində işləyirəm”.
Müğənni Şəbnəm Tovuzlu - “Toy yoxdur həyat yoldaşım qazanır, mən də yeyirəm. Mağazam var idi, onu da bağlamışam, heç yerdə işləmirəm. Ərim var, şükür Allaha! Elə əvvəllər də, o edirdi hər şeyi, indi də o edir. Yeni mahnılar üzərində işləyirəm, klip çəkdirdim, 3 yeni mahnı çıxardım, fotosessiya etdirdim. Axrıncı mahnıma da yoldaşım 6 min dollara aldı”.
Müğənni Nazənin Salayeva - “Toy yoxdur, ailəmlə uşaqlarımla vaxt keçirirəm. Mən həmişə ailəmə bağlı insan olmuşam. Şükür Allaha həyat yoldaşım var, ailəmizi dolandırır. Özüm də vaxtında özümə gün ağlamışam. Yığdıqlarımı xərcləyirəm”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  2. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  3. Sumqayıtda təlim maşını yanıb
  4. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  5. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  6. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  7. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  8. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
  9. Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
  10. Qobustanda avtomobil aşıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib