"Get, repini de, mənlə işin olmasın" - Nadir Qafarzadə
- 11-09-2020, 10:19
- Mədəniyyət
"Tanınmış müğənni Nadir Qafarzadə və Mir Yusif arasında qalmaqal yaranıb".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Nadir Qafarzadə “MTV Azərbaycan”a müsahibəsində Miri Yusifə qarşı sərt fikirlər səsləndirib:
“O insanla heç vaxt təmasda olmamışam, münasibətimiz belə yoxdur. Düşünürəm ki, mənə sataşan insan mənim gücümdə olan sənətkar olmalıdır. O, ulduz ola bilər, lakin ən az mənim sənətim qədər sənəti olmalıdır. Düzdür, sənətində reper kimi yaxşı sənətkardır, amma musiqi anlamında yox.
Onun yaşının 75 faizi qədər sənət təcrübəm var. Durum o insanla nə kəlimə kəsim?! Mən sənətdə, səhnələrdə sənət, mədəniyyət, incəsənət üçün külüng döyəndə onlar bilmirəm harda idi... Sənətkara dil uzatmaq olmaz. Mənə söz deməyə onun haqqı yoxdur. Get, repini denən! Mən oturmuşam öz taxt-tacımda, burdan hər şeyi müşahidə edirəm”.
Qeyd edək ki, qalmaqala səbəb N. Qaarzadənin “gedək professora deyək ki, soyuducusunu açsın, mən də açım, görək kimdə doludur” sözlərinə Miri Yusifin “həyat bumeranqdır, bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil” sözləri olub.