Azərbaycanda 18 yaşdan aşağı şəxslərin evdən çıxmasına qadağa qoyulur?
- 23-11-2020, 15:28
- Cəmiyyət
Xəbər verdiyimiz kimi noyabrın 22-də Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə çatıb. Belə ki, 3196 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Yoluxma artma dinamikası ilə davam edərsə, Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev bildirib ki, biz aprel ayındakı sərtləşmiş karantin rejiminə yenidən qayıtmalıyıq.
Bunun forması yəqin ki, Operativ Qərargah tərəfindən müəyyənləşəcək. İnsanlar arasında təması azaltmaq üçün lazım olan bütün tədbirlər görülməlidir. Artıq açıq havada da maska taxmaq məcburi oldu. Mən demirəm ki, 14 gün və daha çox müddətə insanlar evə qapadılsın. Çünki bunun sosial və psixoloji gərginliyi olur. Ən azı həftə sonları "sms icazə"yə keçmək olar. İki-üç həftə 65 yaşdan yuxarı insanların və 18 yaşdan aşağı insanların evdən çıxmasına qadağa qoyula bilər. Ümumiyyətlə onların evdən çıxmasına sosial və iqtisadi zəruriyyət yoxdur. Bu insanlar küçəyə çıxıb bir-birilərini yoluxdururlar. Təcrübədə onu göstərir ki, reanimasiyada olan xəstələrin çoxsusu 65 yaşdan yuxarı insanlardır. Bu insanlarda yaşla əlaqədar başqa xəstəliklər də olur. Ona görə də hesab edirəm ki, biz bu qadağanı tədbiq edə bilərik. Bu küçədə insanlarını və yoluxanların sayını azaldacaq. Ən önəmlisi siə nəqliyyatda sıxlıq aradan qaldırıla bilər".
Deputat vurğulayıb ki, dövlət müəssisələrində işçilərin sayı 30 faizə endirilib:
"Qalanları ya evdən işləyir, ya da sürüşə qrafiqlə. Bunu bütün özəl və dövlət müəssisələrinə tədbiq etmək lazımdır. Elə sahələr var ki, onlar evdən də işini görə bilərlər. Ona görə də onların işə çıxması vacib deyil. Səhiyyə, ərzaq və qəza xidmətlərdən başqa yerdə qalan müəssisələrdə insan sayını azaltmaq lazımdır. Çünki bu gedişlə ciddi problemlərlə üzləşəcəyik. Xəstəxanalarda demək olar ki, yerlər çox məhduddur. Reanimasiyalarda bəzən yerlər çatışmır.
Bu dinamika ilə davam edərsə biz 2500 və 3000 xəstəni xəstəxanalara götürə bilərik. Bundan əlavə biz tibb işçilərini də qorumalıyıq. Nə qədər xəstə çox olarsa tibb işçilərinin yoluxma ehtimalı da çox olacaq. Dərman ehtiyatı da tükənməz deyil. Bunları da fikirləşməlidir. Hesab edirəm ki, yaxın günlərdə Operativ Qərargah daha sərtləşmiş karantin rejimi ilə bağlı qərar verə bilər. Rayonlararası əlaqəni də minumuma endirmək lazımdır. Allah şəhidlərimizə rəhmət etsin. Artıq şəhid dəfnləri də yekunlaşır. Yas mərasimlərini məhdud sayda insanlarla yalnız dəfn günü keçirib, digər günləri təxirə salmaq lazımdır. Eyni zamanda restoranların işinə yenidən məhdudiyyət qoymaq lazımdır. Market və restoranlar onlayn işləməyə üstünlük verməlidir. Bu da küçədə insan sıxlığının qarşısını alacaq. Ən önəmlisi isə bu yolla yoluxma mənbələrini azalda bilərik. Hələ qış qabaqdadır, soyuq aylar çoxdur. Yəqin ki, virus əleyhinə vaksinin ölkəyə gəlib çıxması 2-3 aya mümkün olacaq. Ona görə də hesab edirəm ki, Operativ Qərargah daha sərt karantin rejiminə keçirilməsi barədə düşünməlidir".