"Qaloşa öyrəşən, quru çörəklə yaşayan adamam" — Xanəndə Elnarə pandemiyadan DANIŞDI
- 14-08-2020, 15:16
- Mədəniyyət
Tanınmış xanəndə,əməkdar artist Elnarə Abdullayeva pandemiyadan sonrakı planlarından danışıb.
O, "Ölkə.Az"a açıqlamasında bildirib ki, pandemiyadan sonrakı durum onu qane etsə, konsert barədə düşünəcək:
"Pandemiya təki bitsin. Bitəndən sonra görsəm ki, salamatçılıqdı, Azərbaycan xalqının kefi yaxşıdır, imkan da var, o zaman konsert haqqında düşünəcəyəm. İmkanı da tarazlamaq lazımdır axı. Yeddi aydır işləmirəm (gülür)".
Əməkdar artist "bəzi həmkarlarınız maddi vəziyyətdən gileylənir, sizin bu mənada durumunuz necədir" sualını belə cavablayıb:
"Hər kəsin öz baxdığı pəncərə var. Hər kəs özünün və başqasının baxdığı pəncərəyə hörmət etməlidir.
Mənim pəncərəmdən dünya həmişə düzdür. Şükür, dolanırıq. Mən quru çörək yeyib yaşayan, qaloşa öyrəşən adamam. Mən belə adamam da. Axı mən heç kimin evinin içində deyiləm. Kiməsə deyə bilmərəm ki, sən niyə gileyləndin, yaxud gileylənmədin. Mən həyata öz pəncərəmdən baxan adamam".