Tanınmış aparıcı: “Şəhidlərimiz var, 40 gün açıq-saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyək”
- 3-12-2020, 16:21
- Mədəniyyət
"Bilmirəm, həmkarlarıma, şou-biznes aləminə deyim, yoxsa siravi insanlara səslənim: təsəvvür edin, ən sonuncu şəhidimizi hesablasaq, 40-ı dekabrın sonunda çıxacaq. Gəlin, bu rəsmləri yığışdıraq”.
''Azad Səs'' xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında yazıb.
Teleaparıcı sosial şəbəkələrdə şəkillərini paylaşan şou nümayəndələrinə səslənib:
“Mən də o qədər sevindim ki, bir-iki gün əl qaldırıb oynadım. 30 ilin həsrəti var idi. Amma o sevinci yaşadıqmı? Şəhidlərimiz var... 40 gün açıq-saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyək. Heç mənə çatmır, qoyurlar yazırlar ki, birinci, yoxsa ikinci şəkil? Camaatın heç işi-gücü yoxdur durub sizin fotonu seçəcək? Anlayıram, öz ətrafınız, izləyiciləriniz var. Bunları yığışdıraq. Nə qalıb ki, dekabrın sonuna qədər dözək. Yenə yanvarın birindən paylaşın. O sizin səhifəniz, həyatınız... Bilirəm, bəziləri xoş güzəranından qalır. Amma bu gün öndə olan bir məsələ, zəfər, bu qələbəni qazanan, can qoyan igidlər var. İnanıram ki, çoxunuz mənimlə razısınız".