Koronavirus kabusunun bitəcəyi vaxt açıqlandı
- 18-02-2020, 10:24
- Cəmiyyət
Son məlumata görə, virus 1 868 nəfərin ölümünə səbəb olub
Çində koronavirus qurbanlarının sayı günbəgün artır. Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin son məlumatına görə, virusdan ölənlərin sayı ümumilikdə 1 868 nəfərə çatıb. Bir gün ərzində virusdan 98 ölüm hadisəsi baş verib. Ötən gün 1701 nəfər, ölkə üzrə isə ümumilikdə 12,5 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.
Ölkədə 72 mindən çox insan virusun daşıyıcısıdır. Gün ərzində daha 1,8 min nəfər virusa yoluxub.
Pnevmoniyanın yayılmasına qarşı mübarizə komissiyasının rəhbəri Çjun Nanşanın sözlərinə görə, Çində yeni növ koronavirusun yaratdığı epidemiyanın pik həddi fevralın sonuna düşəcək, aprel ayında ölkədə epidemioloji vəziyyət sabitləşəcək.
Xatırladaq ki, koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhali (12 milyon) sıxlığı ən çox olan Uxan şəhərində qeydə alınıb. Çindən başqa 25 ölkədə həmin xəstəlik aşkar edilib. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət kimi tanıyıb.