Koronavirus nə vaxt bitəcək?
- 11-04-2020, 10:47
- Manset
Dünyanın ən varlı adamından gözlənilməz açıqlama
Dünyanın ən zəngin adamlarından biri, "Microsoft"un təsisçisi Bill Qeyts kainatımızı cənginə alan koronavirusla bağlı gözlənilməz açıqlamalar edib. O, pandemiyanın bitəcəyi vaxtı açıqlayıb.
Onun sözlərinə görə, virusla bağlı ən çox ölüm inkişaf etmiş ölkələrdə yaşanacaq. "Varlı ölkələrin sosial məsafə tədbirləri işə yaramaya bilər. Bu ölkələr böyük iqtisadi böhranlarla mübarizə aparacaqlar".
Qeyts insanların arzuladıqları kimi çölə çıxıb nə isə etmək istəklərinin də dəyişdiyini deyib. O, hər şeyin əvvəlki vəziyyətinə dönməsinin uzun zaman tələb edəcəyini bildirib.
"Həyatın normala dönməsi 2021-ci ilin payızına kimi davam edə bilər". O, virusun penvəndinin hazırlanıb istifadəyə verilməsi üçün azı 1 il lazım olduğunu da qeyd edib.
Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 100 mini keçib. Yoluxanların sayı isə 2 milyona yaxınlaşır.