Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artdı
- 4-05-2020, 11:00
- Siyasət
Ermənistanda daha 121 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər virusdan ölüb.
Azad Səs bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, yeni ölənlərin hamısının başqa xəstəlikləri də olub. Ölən 4 nəfərdən 3-ü kişidir.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 507-yə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 39 nəfər ölüb.
Bundan başqa, indiyədək 1 071 nəfər koronavirusdan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 567 000-i ötüb. Bunların 1 157 014 nəfəri sağalıb, 248313 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.