Koronavirusa görə toyunu təxirə salan həkim virusdan öldü
- 21-02-2020, 12:12
- Hadisə
29 yaşlı həkim virusla mübarizəyə qoşulmuşdu
Çində yeni tip koronavirusla (COVID-2019) mübarizəyə görə toyunu təxirə salan gənc həkim virus səbəbindən vəfat edib. Virusun episentri olan Uhan şəhərindəki 1-ci Xalq Xəstəxanasının həkimi olan 29 yaşlı Pen İnhua iş prosesində koronavirusa yoluxub və fevralın 20-də ölüb. Məlum olub ki, gənc pulmonoloq epidemiya ilə mübarizəyə qoşularaq, fevralın 1-nə təyin etdiyi nikah mərasimini təxirə salıbmış. Pen və nişanlısı hətta nikah mərasimindən əvvəl toy fotosessiyası da ediblər.
COVID-2019 isə ölkədə can almağa davam edir. Ən son məlumata görə, virus ayoluxanların sayı 75 min 567, bu virus səbəbindən ölənlər isə 2239 nəfərə çatıb. Səhiyyə Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, ötən sutka ərzində 889 nəfərin virusa yoluxması faktı qeydə alınıb, 118 nəfər virus səbəbindən ölüb.
İndiyədək 18 min 264 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 11 min 633 xəstənin vəziyyəti kirtikdir.