Ümumdünya Oyunlarının qalibi: “Həmin döyüşdə burnumdan zədə aldım, qan dayanmırdı” - FOTO
ABŞ-ın Birminqem şəhərində keçirilən XI Ümumdünya Oyunlarının qalibi, kikboksçu Bəhram Rəcəbzadə və milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov Vətənə dönüb.
Oxu.Az-ın xəbərinə görə, onlar hava limanında musiqi sədaları altında qarşılanıb. Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov Rəcəbzadəni qazandığı qızıl medal münasibətilə təbrik edib.
Rəcəbzadə federasiyanın mətbuat xidmətinə açıqlamasında yarışla bağlı fikirlərini bildirib: “İlk rəqibim Miroslav Vuyoviç dopinq test verməkdən qaçdı. Yəqin dopinq çıxacağından qorxduğu üçün test verməkdən imtina etdi. O, rinqə çıxsaydı da, mənim üçün problem olmayacaqdı. Sadəcə, ilk döyüşü keçirmədən yarımfinala çıxmağım mənim üçün üstünlük oldu ki, zədə almadım. İkinci rəqibim ukraynalı Roman Şerbatyuk çox güclü idmançı idi. Bizim ən çox çəkindiyimiz rəqiblərdən biri idi. Şükürlər olsun ki, onu da xal hesabı ilə məğlub etdim. Həmin döyüşdə burnumdan zədə aldım və qığırdaqlar qırıldı, qan dayanmırdı. Səhərə qədər buz qoyduq, duzla yuyub qanı bir təhər dayandırdıq. Finaldakı rəqibim xorvatiyalı Anto Şiriçin boyu da, çəkisi də mənimkindən çox idi. Sadəcə, texnikası bir qədər aşağı idi. Mən də Elşən müəllimin və şəxsi məşqçim, həyat yoldaşım Nehir Rəcəbzadənin köməkliyi ilə bu rəqibə texniki qalib gəldim. Onu ikinci raundda nokaut etməyi hesablamışdım. Ancaq burnumdan qan açıldığı üçün döyüş üslubunu dəyişib, vaxtın başa çatmağı üçün döyüşdüm. Bu mənim bu il peşəkar və həvəskarlar arasında ardıcıl 8-ci döyüşüm idi. İnşallah, 9-cu döyüşümü avqustda Konyada İslam Həmrəyliyi Oyunlarında keçirəcəyəm. Fürsətdən istifadə edərək bu yarışa hazırlaşmağımda federasiyanın fəxri prezidenti və İdarə Heyətinin sədri Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev, vitse-prezident Ramal Aslanov, yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev mənə çox dəstək oldu. Onların hər birinə təşəkkür edirəm”.
Milli komandanın baş məşqçisi Elşən Abdulrəhimovun fikirləri isə belə olub: “Ümumdünya Oyunlarında kikboksinqin K-1 növünün olması bu idmanı sevənlər üçün çox yaxşı hal idi. Burada biz bir çəkidə – 91 kq-dan artıq çəkidə təmsil olunmuşduq. Bu da yarışda ən prestij çəkilərdən hesab olunur. Bəhramın rəqibləri də son dünya ikincisi və dünya üçüncüləri idi. Rusiyalı son dünya çempionu məlum olaylarla bağlı yarışda iştirak edə bilmirdi. Bəhramın Ümumdünya Oyunlarında qələbəsi Azərbaycan Kikboksinq Federasiyası adına böyük uğurdur. İslam Həmrəyliyi Oyunlarında qızıl medalın sayını daha çox edəcəyik”.