Azərbaycanlı “Altın Qurd”un Ümumdünya Oyunlarındakı yeddi rəqibi - SİYAHI
Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadənin rəqibləri müəyyənləşib.
Oxu.Az-ın xəbərinə görə, ötən ilin oktyabrında İtaliyada keçirilmiş dünya çempionatında 1/4 finala çıxmaqla bu mötəbər yarışa vəsiqə qazanmış “Altın Qurd” ləqəbli idmançımızın 7 potensial rəqibi var.
91 kq-dan yuxarı çəkidə Azərbaycanı təmsil edəcək 30 yaşlı kikboksçumuzun rəqibləri son dünya çempionu Əsədulla Nəsibov (Rusiya), dünya ikincisi Anto Siriç (Xorvatiya), dünya üçüncüləri – Roman Şerbatyuk (Ukrayna) və Miroslav Vuyoviçdir (Monteneqro). Həmçinin, Ahmed Krnyiç (Bosniya və Herseqovina), Oskar İquera (Venesuela) və Pirkka Suksi (Finlandiya) də potensial rəqiblər arasındadır.
Kikboksinqin K-1 növü üzrə keçiriləcək yarış 10-15 iyul tarixlərində baş tutacaq. Kişilərdə 63,5 kq, 75 kq və +91 kq, qadınlarda 52 kq, 60 kq və 70 kq çəki dərəcələrində mübarizə gedəcək.
Qeyd edək ki, 11-ci dəfə keçiriləcək Ümumdünya Oyunları 7-17 iyul tarixlərində ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək. Yarışda gimnastika (akrobatika, aerobika, bədii gimnastika, batutda tullanma), kamandan oxatma, çimərlik həndbolu, bilyard, boulinq, kanoe, cu-citsu, karate, muay tay, pauerliftinq, sumo, uşu kimi 30 idman növü üzrə mübarizə aparılacaq.
Səbuhi Musa