“Neftçi”nin sabiq prezidenti koronavirusdan vəfat edib
“Neftçi” klubunun sabiq prezidenti Aydın İbrahimov dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, o, 82 yaşında müalicə aldığı klinikada koronavirusdan vəfat edib. Onun bu ayın 17-də 83 yaşı tamam olacaqdı.
Qeyd edək ki, Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi”nin prezidenti olub.
SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi olan Aydın İbrahimov həmçinin dünya və Avropa çempionatlarında medal qazanan ilk güləşçimiz kimi adını idman tariximizə yazdırıb. Gəncə güləş məktəbinin yetirməsi SSRİ dönəmində Olimpiadada da fəxri kürsüyə qalxan yeganə güləşçimiz olub. Sərbəst güləşdə 57 kq-da dünya (Helsinborq-1963) və Avropa çempionu (Karlsrue-1966) ünvanına sahib çıxan titullu pəhləvanımız Olimpiya Oyunlarının (Tokio-1964) bürünc medalını əldə edib. Həmçinin dəfələrlə SSRİ çempionatının qalibi və mükafatçısı olub.