Azərbaycan cüdoçusu medal görüşünə çıxa bilməyəcək
- 1-04-2022, 18:25
- İdman
Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq.
“Azadsəs.az” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.
Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.