Paralimpiya çempionumuz medalsız qaldı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha üç idmançısı mübarizə aparıb.
Oxu.Az-ın xəbərinə görə, Kamil Əliyev atletikanın uzunluğa tullanma növündə (T12 kateqoriyası) 6.89 metr nəticə göstərərək beşinci olub.
Atletikanın diskatma növündə isə bayraqdarımız Oloxan Musayev (F55 kateqoriyası) mübarizə aparıb. 2008-ci il Pekin Paralimpiya Oyunlarının qalibi bu dəfə də uğursuz olub. O, diski yalnız 37.92 metr uzaqlığa tullaya bildiyindən, yeddinci olub. Xatırladaq ki, 42 yaşlı Oloxan üç gün əvvəl nüvə itələmə yarışında da çıxış etmiş və 11.89 metr nəticə ilə yalnız beşinci olmağı bacarmışdı.
Pauerliftinqdə Elşən Hüseynov 107 kq çəki dərəcəsində çıxış edib. O, səkkizinci yeri tutub.
Qeyd edək ki, bu gün daha bir pauerliftinqçimiz – ən ağır çəkili Şamo Aslanov (+107 kq) mübarizə aparacaq. İdmançımız Bakı vaxtı ilə saat 13:30-dan etibarən mübarizəyə qoşulacaq.
Xatırladaq ki, bu gün Səid Nəcəfzadə atletikanın uzunluğa tullanma növündə (T12 kateqoriyası) 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.
Səbuhi Musayev