azadses.az » Cəmiyyət » Elnur Məmmədli: "Olimpiya çempionluğu bazarda satılmır ki, alaq"

Elnur Məmmədli: "Olimpiya çempionluğu bazarda satılmır ki, alaq"

"Gələcəkdə veteran cüdoçuların dünya və ya Avropa çempionatlarında iştirak edə bilərəm. Hələlik buna yaşım çatmır". 

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli Gənclər və İdman Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı deyib.
O bildirib ki, pandemiya dövründə belə idmansız qalmayıb və mütəmadi olaraq məşq edib: "İdmana davam edirik, idmansız qalmırıq. Günümüzü elə keçiririk ki, boş vaxtımız olmur. Çalışıram ki, ingilis dilini təkmilləşdirim. Bu dili bilirəm, amma daha mükəmməl etmək istəyirəm. Bütün dünya bu dildən istifadə edir".
Məmmədli "Azərbaycanda niyə 2 və ya 3 qat olimpiya çempionu yoxdur" sualına belə cavab verib: "Qismətdən çox şey asılıdır. Olimpiadada iştirak etmək, olimpiya çempionu olmaq elə də asan deyil. Bir dəfə çempion olmuşam, qismət belədir. Bəziləri zədə ucbatından ikincini gerçəkləşdirə bilməyib. Güləşçimiz Fərid Mansurov 2008-ci ildə qızdırmalı idi, məndə isə çempion olandan sonra zədə olmuşdu. Olimpiya çempionluğu bazarda satılmır ki, alaq".


Titullu idmançı pandemiya dövründə cüdoda maketlərdən istifadənin faydalı olmayacağını sözlərinə əlavə edib: "Maket canlı idmançını əvəz edə bilməz. Cüdoda qarşında idmançı olmalıdır, pandemiya təkcə Azərbaycanda yox, bütün dünyada qlobal məsələdir. Ölkəmizdə pandemiyanın qarşısı müəyyən qədər alınır".  


Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda təlim maşını yanıb
  2. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  3. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  4. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  5. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  6. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
  7. Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
  8. Qobustanda avtomobil aşıb, xəsarət alan var
  9. Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
  10. Şəkidə qadını avtomobil vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı