BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub
- 20-04-2024, 16:22
- Dünya
“Qlobal iqtisadiyyat bir və ya iki il əvvəl gözlənildiyindən daha möhkəm olduğunu sübut etdi”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (Beynəlxalq Valyuta Fondunun rəhbər orqanı) sədri, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan bəyan edib.
“Düşünürəm ki, iki il əvvəl, hətta bir il əvvəl burada olsaydıq və qarşıdakı dövrdə nələrin baş verəcəyinə baxsaq, daha pessimist olacağımızı xatırlamağa dəyər. Əslində indi baş verənlər gözlədiyimizdən qat-qat yaxşıdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, əksər ölkələrdə inflyasiya aşağı düşür: “Ümumiyyətlə, biz çox yumşaq enişə doğru gedirik (bu proses sürətli inkişaf dövründən sonra iqtisadiyyatın tədricən ləngidiyi, lakin tənəzzüldən qaçdığı bir prosesdir). Və bir çox insanın qorxduğu şey baş vermir”.