Xidmət rəisi: “Qızılağac Milli Parkında vəziyyət əvvəlki illərdən qat-qat yaxşıdır”
- 18-10-2023, 08:00
- Cəmiyyət
“Hazırda Qızılağac Milli Parkında vəziyyət əvvəlki illərdən qat-qat yaxşıdır”.
Bunu “Report”a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O, hər kəsi Qızılağac Milli Parkına səfərə dəvət edib: “Bura son 5 ildir ki, milli park kimi, bundan əvvəl isə qoruq və yasaqlıq kimi fəaliyyət göstərib. Əlbəttə, qanunsuz ov ümumiyyətlə mövcud olan faktdır. Ən sivil ölkələrdə belə bu hal yaşanır, yaşanıb və yəqin ki, yaşanacaq. Bununla da müvafiq orqanlar, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi məşğul olur”.
Xidmət rəisinin sözlərinə görə, Qızılağac Milli Parkında xarici ovçuların olması faktı demək olar ki, aşkarlanmayıb: “Çünki xarici ovçuların ova gəldiyi maraq dairəsi var. Yəni, onlar üçün maraqlı olan quşlar, ov heyvanları Qızılağac Milli Parkında yoxdur. Təəssüf ki, Qızılağac Milli Parkının ətrafındakı kəndlərdən uzun illər çox böyük təzyiqlər olub. Biz bu kəndlərdən olan qanunsuz ov fəaliyyətini tam bitirmişik deyə bilmərik, lakin son illər bu hal azalan dinamika ilə xeyli dəyişilib”.
“Hazırda milli parkda vəziyyət əvvəlki illərdən qat-qat yaxşıdır. Bu gün Qızılağac Milli Parkına gedən turistlər buranı ziyarət etdikdən sonra məmnunluqları ilə bağlı fikirlər səsləndirirlər. Son 1 ildə turistlərin heç birindən Qızılağac Milli Parkında baş verən qanunsuz ovla bağlı hansısa məlumat daxil olmayıb. Ötən gecə də Qızılağac Milli Parkında reyd keçirilib və burada qanunsuz ov faktı aşkar edilməyib”-, o qeyd edib.
H.Əlizadə vurğulayıb ki, son illər qlobal istiləşmə səbəbindən ölkəmizə gələn köçəri quşların sayında dəfələrlə azalma var ki, sözügedən tendensiya bütün dünyada müşahidə olunur.