azadses.az » Dünya » Rusiyalı klimatoloq: “Xəzərin səviyyəsinin dəyişməsini çaylarla əlaqələndirmək olmaz”

Rusiyalı klimatoloq: “Xəzərin səviyyəsinin dəyişməsini çaylarla əlaqələndirmək olmaz”

“Xəzər dənizi müəyyən maksimuma çatır, sonra aşağı düşür. Görünür, bu, bütün Yer kürəsinin dərin tektonikası ilə bağlıdır”.

Coğrafiya elmləri doktoru, klimatoloq, Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin baş mütəxəssisi Nina Zayseva Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı Oxu.Az-a fikirlərini bildirib.

Onun sözlərinə görə, nə qədər təəccüblü görünsə də, Xəzər dənizinin səviyyəsindəki dalğalanmaları nə Volqa çayının, nə də digər çayların axını ilə əlaqələndirmək olmaz.

“Əslində hər şey bir-biri ilə əlaqəlidir. Rusiya Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutundan akademik Qeorqi Qolisın hələ aspirant olarkən hətta Sakit okeanda, Cənubi Amerikanın qərb sahillərində El Nino (El Nino - Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunda dalğalanmalardır ki, bu da iqlimə nəzərəçarpacaq dərəcədə təsir göstərir - red.) fenomeni ilə Xəzər dənizi səviyyəsindəki dalğalanmalar arasında əlaqə axtarırdı. Amma mən buna şübhə ilə yanaşırdım.

Rezonans deyilən hadisələr var - bu, bir-birindən fərqli amplitudaya və dövriliyə malik iki fərqli dalğa prosesinin eyni yerdə baş verməsidir. Fizikada bu yaxşı təsvir edilib, lakin təbiətdə hər şey daha mürəkkəbdir. Və bir daha vurğulayıram - Xəzər dənizinin səviyyəsində kvazi dalğalanmalar var. Bu dalğalanmalar qlobal haldır və heç vaxt yox olmayacaq. Bir neçə il əvvəl Amur çayının dayazlaşması ilə bağlı çox narahatlıqlar var idi. Bir müddət sonra çay dondu, bu isə öz növbəsində daşqına səbəb oldu. Buna bənzər çoxlu misallar var”, - deyə klimatoloq qeyd edib.

Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycanda iqlim dəyişikliyinə ən həssas yerlərin reyestrinin yaradılması da ilə bağlı suala cavabında Zayseva bunun yaxşı hal olduğunu bildirib.

“Bu, çox yaxşıdır. Və bu reyestrə ilk növbədə, həyəcan təbili çalanların iddia etdiyi kimi olmasa da, ölçüləri azalan buzlaqlar daxil edilməlidir. Hər halda ərazinizdəki həssas sahələri bilmək həmişə yaxşıdır”, – deyə o vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı