Elman Rüstəmov Qarabağla bağlı planları AÇIQLADI
- 29-01-2021, 17:24
- Manset
“Qarabağla bağlı bizim çox geniş proqramımız var və bununla əlaqədar prezident tərəfindən qarşımıza müəyyən vəzifələr qoyulub”.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
“Görəcəyimiz ilk işlərdən biri işğaldan azad edilən ərazilərdə maliyyə-bank infrastrukturunun formalaşdırılmasıdır. Bu istiqamətdə maliyyə sektorunun bütün seqmentləri ilə birgə işlərimiz olacaq. Artıq onlar öz fikirlərini bildiriblər. Biz gözlədiyimizdən də çox bank bu ərazilərdə öz şöbəsini açmağı planlaşdırır” - deyə, o bildirib.
Mərkəzi Bankın sədri əlavə edib ki, qələbənin ildönümündə çox geniş çeşiddə xatirə pul nişanlarının və hətta xatirə banknotunun buraxılması planlaşdırılır:
“Ümumilikdə azad olunmuş bütün bölgələrə həsr olunmuş xatirə əmanətləri olacaq. Burada hər bir rayonun və regionun milli atributları öz əksini tapacaq”.
Onun sözlərinə görə, Mərkəzi Bankın işğaldan azad edilən ərazilərdə iki ərazi idarəsi olacaq və bunlardan birinin də Şuşada olması planlaşdırılır.
E.Rüstəmov qeyd edib ki, növbəti dövrdə qardaş Türkiyənin də bu qələbədə daim yanımızda olduğunu nəzərə alaraq ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarı altında olan xatirə nişanı da dövriyyəyə buraxılacaq. Bütün bu işlərin isə böyük qələbənin ildönümünə qədər həyata keçirilməsi planlaşdırılır.Oxu.az