azadses.az » İqtisadiyyat » Sergey Drozdov: “Azərbaycanda manat devalvasiyaya uğrasaydı, qiymətlər xeyli bahalaşardı” – MÜSAHİBƏ

Sergey Drozdov: “Azərbaycanda manat devalvasiyaya uğrasaydı, qiymətlər xeyli bahalaşardı” – MÜSAHİBƏ

Bir neçə ildir 1,7 AZN/1 USD səviyyəsində olan manatın dollara nisbətdə orta məzənnəsi yaxın 3-4 ildə də davam edəcək. Hər halda, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri belə düşünür. Onların fikrincə, dövlət orqanlarının valyuta bazarına məzənnənin saxlanmasına kömək edən müntəzəm müdaxilələri davam edəcək.

Rusiyalı maliyyə analitiki Sergey Drozdov Oxu.Az-a müsahibəsində qeyd edib ki, milli valyutanın dəstəklənməsi Azərbaycanın monetar orqanlarının qərarıdır:

“Dünyada belə nümunələr var. Deyək ki, Taylandın pul vahidi Tayland bahtı uzun illərdir ki, dollara möhkəm bağlanıb. Azərbaycan bu yolla getməyə qərar verib”.

- Bu yaxşıdır, ya pisdir?

- Bu, biznes və əhali üçün yaxşıdır, çünki Mərkəzi Bankın aydın siyasəti var, aydın kurs var. Sahibkarlar, xüsusən idxal-ixracla məşğul olanlar strategiya planlaşdıra bilərlər. Amma neft bazarında dalğalanmaların yaşandığı və Azərbaycan valyutasının məzənnəsi hələ də neftin qiymətini rəhbər tutduğu bir vaxtda, ölkə əsas neft istehsalçısı olduğu üçün Mərkəzi Bank açıq-aydın valyuta intervensiyaları vasitəsilə məzənnəni bərabərləşdirməli idi. Pul-kredit orqanlarının belə bir siyasəti nə vaxta qədər dəstəkləyə biləcəyi başqa sualdır, amma ümid edək ki, bundan sonra da uğur qazanacaq.

Bunun bazar tənzimlənməsi olmadığı aydındır, amma yəqin ki, bayaq qeyd etdiyim kimi hər şeydən öncə onun əhali və biznes üçün öz üstünlükləri var.

- Bəs inflyasiya? Milli valyutanın məzənnəsi sabitdir, qiymətlər isə artır...

- Çox təəssüf ki, bu, dünya miqyasında bir tendensiyadır. Rusiya Mərkəzi Bankı artıq inflyasiyanın “idxal xarakteri” daşıdığını dilə gətirib. Yəqin ki, Azərbaycan Mərkəzi Bankı da bu haqda danışıb. Və bu doğrudur. 2020-ci ildə ABŞ Federal Ehtiyat Sistemi əmtəə bazarlarına sızan, hətta ərzaq bazarlarına təsir edən sadəcə bir “pul dağı” çap etdi. Bu fərziyyələrdən və külli miqdarda puldan sonra qiymətlər göylərə qalxdı.

İndi inkişaf etməkdə olan ölkələrin bütün tənzimləyiciləri ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətini sərtləşdirməyə başlamasını gözləyir. Onlar buna hazırdırlar. Bundan əlavə, payızda ABŞ-da ölkənin Nümayəndələr Palatasına aralıq seçkilər keçiriləcək və yüksək inflyasiya fonunda prezident Cozef Baydenin reytinqi düşüb. Beləliklə, ABŞ-ın hakim Demokratik Partiyası inflyasiyaya qalib gəlməlidir. Birləşmiş Ştatlar qlobal maliyyə bazarlarından izafi likvidliyi aradan qaldıracaq, faiz dərəcələrini qaldıracaq və ola bilsin ki, vəziyyətin öhdəsindən gələ biləcəklər.

Əmtəə bazarlarında çılğın fərziyyələr dayanan kimi, ola bilsin ki, qiymətlər bir az geri çəkilə. Amma çətin ki, 2019-cu il qiymətlərinə qayıdaq.

Azərbaycan manatına gəldikdə, milli valyutanın məzənnəsinin hansı vəziyyətdə olmasına baxmayaraq, dünya bazarında, məsələn, buğdanın qiyməti qalxarsa, o zaman mağazalarda da qiymətlər qalxacaq. Rusiyada vəziyyət daha pisdir: rubl, nisbətən desək sərbəst üzmədədir, lakin zəifləmə istiqamətində üzür. Azərbaycanda isə manat devalvasiyaya uğrasaydı, mağazalarda qiymətlər xeyli baha olardı.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"