Mərkəzi Bankın sədri planlardan danışdı: “Çox ciddi proseslər gedəcək”
- 20-10-2021, 17:23
- Cəmiyyət
“Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyanın formalaşmasında Azərbaycan Mərkəzi Bankı (AMB) da aktiv iştirak edir”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu baxımdan maliyyə sektorunun qarşısına olduqca ciddi vəzifələr qoyulub:
“Maliyyə sektorunda çox ciddi islahatlar aparılacaq, çox ciddi proseslər gedəcək. Bank sektoru, hər bir maliyyə institutu qarşıdakı dövrdə korporativ inkişafı, korporativ idarəetmə standartlarının tətbiq edilməsi, insan kapitalının inkişafı, daxili bilik-bacarıqlar, ekspertiza imkanlarını, daxili texnoloji, tədqiqat və proqnozlaşdırma bazalarını ciddi şəkildə artırmaq üzərində düşünməlidir”.
Elman Rüstəmov bildirib ki, bu günlərdə hökumət və AMB yeni milli inkişaf strategiyası müəyyən edib:
“Bu strategiya 2030-cu ilə qədər hesablanıb. Onun birinci mərhələsi 2022-2026-cı illəri əhatə edəcək. Bu strategiyanın əsas elementləri iqtisadi artım, iqtisadi şəffaflıq, şaxələnmə, yaşıl iqtisadiyyat, ətraf mühit, inkluzivlik və digər dünyada baş verən ən müasir proseslərə cavab olaraq müəyyənləşdirilib. Strategiyada ən mühüm istiqamətlərdən biri bütövlükdə iqtisadiyyatın şaxələndirilməsidir, dövlət investisiyalarının özəl investisiyalarla əvəz edilməsidir. Burada bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var”.