Ukraynanın bu şəhərlərində rus təhsil sistemi tətbiq olunacaq
- 10-07-2022, 13:16
- Dünya
Rusiyanın Ukraynanın ələ keçirdiyi şəhərlərində rus təhsil sisteminin qəbul edildiyi, lakin ana dili ukrayna dili olan uşaqların öz dillərində seçmə kurslar keçə biləcəyi açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov açıqlaması zamanı deyib:
“Ukrayna dilini kimsə qadağan eləmir. Ukrayna dili ana dili olaraq qalmağa davam edəcək. Bu dildə təhsil almaq istəyən uşaqlar üçün lazimi saatlar müəyyənləşəcək. Daha öncə dəfələrlə dedik. Qardaş xalqlar arasında bir çox ortaq dillər var. Bizim kökümüz birdir. Ukrayna dili çox zəngin dildir. Ona görə də onu qəti şəkildə qadağan etmək olmaz”.
Kravtsov ələ keçirilən şəhərlərdə təhsilini davam etdirən tələbələrin Rusiya diplomu alacağını bildirib.