Qeydiyyat müddəti uzadıldı
- 14-10-2020, 16:00
- Cəmiyyət
2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatı 9 oktyabrda başlayıb və ayın 30-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən ''Azad Səs''-ə verilən məlumata görə, bu müddət ərzində 2020-ci ilin sentyabr-oktyabr aylarında ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda keçirilən sənəd qəbulu kampaniyası dövründə doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.
Müqayisə üçün bildiririk ki, respublikamızda müvafiq xarici dil imtahanlarında iştirak üçün iddiaçılar aşağıdakı məbləğdə ödəniş etməli olurlar: IELTS – 350 manat, TOEFL – 306 manat, TestDaF – 290 manat, DELF – 115 manat, DALF – 130 manat.
Namizədlərin imtahan verəcəkləri xarici dilin seçiminə qoyulan tələbləri nəzərinizə çatdırırıq.
Xarici dil seçiminə qoyulan tələblər
Doktoranturaya və dissertanturaya qəbul imtahanı keçirilən hər hansı bir xarici dil (ingilis, alman və ya fransız dili) üzrə aşağıda göstərilən hər hansı bir magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmaları) bitirən namizədlər doktoranturaya və dissertanturaya qəbul zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər:
060102 Dil və ədəbiyyat müəllimliyi
- Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili və ədəbiyyatı)
060103 Xarici dil müəllimliyi
- Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili)
060201 Filologiya
- Ədəbiyyatşünaslıq (ingilis, alman və ya fransız ədəbiyyatı)
- Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya ədəbiyyatı)
- Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı)
- Dilşünaslıq (ingilis, alman və ya fransız dili)
060203 Tərcümə
- Tərcümə (ingilis, alman və ya fransız dili)
- Sinxron tərcümə (ingilis, alman və ya fransız dili)
Yuxarıda qeyd olunan hər hansı bir magistr ixtisaslaşmasını bitirən namizədlər ixtisaslaşma dili olmayan digər iki dildən birini xarici dil kimi seçməli və həmin dildən qəbul imtahanı verməlidirlər.
Digər magistr ixtisaslaşmalarını bitirən şəxslərin xarici dil seçiminə məhdudiyyət qoyulmur, yəni onlar doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dil kimi ingilis, alman və ya fransız dilini seçə bilərlər.
Qeyd: Sənəd qəbulu zamanı xarici dil seçimini düzgün etməyən və ya seçdikləri xarici dili və ya bölməni dəyişmək istəyən, həmçinin məlumatlarında hansısa uyğunsuzluq və ya səhv olan şəxslər xarici dil imtahanına qeydiyyat aparılan müddət ərzində (şənbə və bazar günləri istisna olmaqla) sənəd verdikləri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilata müraciət edərək, seçimlərini dəyişdirə və ya müvafiq düzəliş etdirə bilərlər.
Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin, sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini və surətini 2020-ci il oktyabr ayının 13-dən 23-dək olan müddət ərzində hər gün saat 10-dan 17-dək (saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
Xarici dildən imtahanda keçid balını toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.
Namizədlərə xatırladırıq ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində (http://dim.gov.az/news/5716/), həmçinin doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının məzmunu və strukturu haqqında məlumat (http://dim.gov.az/news/5827/) DİM-in internet saytında yerləşdirilmişdir.
Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının tarixi haqqında yaxın günlərdə məlumat veriləcək.