DİM-dən abituriyentlərə MÜHÜM MÜRACİƏT
- 21-09-2020, 14:44
- Cəmiyyət
Dövlət İmtahan Mərkəzi 11-ci sinif təhsil bazasında kollecə qəbul olmaq istəyən, lakin ərizəsində bununla bağlı müvafiq bəndi qeyd etməyən abituriyentlərə müraciət edib.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə ərizələrinə daxil olub həmin bəndi əlavə etməyə icazə verilib.
Müsabiqə şərtlərini ödəmiş abituriyentlər kolleclərə qəbul olmaq üçün ixtisas seçimi başa çatanadək müvafiq qeydi edib ixtisas seçimində iştirak edə biləcəklər.
İxtisas seçimi tarixləri haqqında məlumat veriləcək.
Qeyd edək ki, müsabiqəyə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).
Xüsusi qabiliyyət tələb edən, lakin qabiliyyət imtahanları ləğv olunan ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.