Putin Azərbaycanda bu tədbirin keçiriləcəyini açıqladı
- 23-02-2022, 08:23
- Dünya
“Rusiya və Azərbaycan arasında tibb və əczaçılıq sahəsində əməkdaşlıq aktivləşib”.
“Azadsəs.az” xəbər verir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya lideri bildirib ki, ölkələrimiz koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər:
“Pandemiyanın ən kəskin dövründə Rusiyanın aparıcı tibb müəssisələrinin mütəxəssis briqadaları azərbaycanlı həkimlərə köməyə göndərilib. Respublikaya “Sputnik V” vaksinlərinin tədarükü təşkil olunub.
Humanitar sahədə də əməkdaşlıq ənənəvi olaraq yüksək səviyyədədir. Bu günlərdə Moskvada Azərbaycan Günlərinə start verilib.
Bu tədbir çərçivəsində sərgilər, konsertlər, ədəbi qiraət və digər parlaq mədəni tədbirlər təşkil olunacaq. Öz növbəsində, martın əvvəlində Azərbaycanda iki ölkə gənclərinin növbəti Forumu keçiriləcək.
Biz respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Xatırladım ki, ölkədə rus dilinin tədris olunduğu 300-dən çox məktəb, ali məktəblərin əksəriyyətində rusdilli fakültələr fəaliyyət göstərir. Cənab Prezident danışıqların gedişində xatırlatdı ki, məktəblərin sayı 300 deyil, 340-dır. Biz bunu izləməyə və saymağa macal tapmırıq, buna görə biz çox təşəkkür edirik və buna böyük əhəmiyyət veririk. Xatırladım ki, Rusiyada hazırda 11 mindən artıq azərbaycanlı tələbə, o cümlədən 1000-dən çoxu federal büdcə vəsaitləri hesabına təhsil alır”.