azadses.az » Cəmiyyət » BDU-da "Müasir Azərbaycan dili" fənni ləğv edilib? - AÇIQLAMA

BDU-da "Müasir Azərbaycan dili" fənni ləğv edilib? - AÇIQLAMA

“Son dövrlər Azərbaycanda rusdilli məktəblərin və ali təhsil ocaqlarının sayının çoxalması ilə bağlı problemlər ciddi xarakter aldığından bir daha bu məsələyə qayıtmaqla hakimiyyət rəsmilərinin diqqətini cəlb etmək istəyirəm. Bir daha təkrar edirəm, bilərəkdən, yaxud bilməyərəkdən bəziləri bu problemi xarici, o cümlədən rus dilini öyrənmək polemikası kimi təqdim etmək istəyirlər. Bildirim ki, azərbaycan, rus dili problemini qaldıranlardan heç kim xarici dilləri öyrənməyin əleyhinə deyil”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
A.İsmayılov hesab edir ki, əlavə hər bir xarici dilin öyrənilməsi əlavə ali təhsil ocağı bitirmək qədər faydalıdır: “Yerləşdiyimiz coğrafi regionu nəzərə alaraq rus dilini bilmək vacibdir. Əlavə olaraq dünyaya açılmaq üçün ingilis, fransız, ispan, alman və çin dillərinin də tədrisinə diqqət ayrılmalıdır. Son günlər müzakirə olunan məsələdə isə söhbət Dövlət hesabına, əsasən Rusiya tədris planı üzrə fəaliyyət göstərən rus dilli orta və ali məktəblərin mövcudluğundan gedir. Özü də bu o vaxtlar baş verir ki, Azərbaycanda yaşayan, buranın vətəndaşı olan, Azərbaycanı özünə Vətən sayıb onun uğrunda qurban verən yerli xalqların (talış, ləzgi, kürd, tat və s.) öz dillərində məktəbləri demirəm, heç həmin dillərin tədris saatları belə yoxdur. Belə bir vəziyyətdə Azərbaycanda fəaliyyət göstərən rus məktəblərinin və ali təhsil ocaqlarının təyinatı yenidən ciddi yoxlanılmalı və konkret tədbirlər görülməlidir. Bu günlərdə öyrəndiyim acınacaqlı bir faktı da Sizinlə bölüşməyə bilmirəm. Rus dilinin belə geniş vüsat almasının azərbaycan dili hesabına baş verməsi də istisna deyil. Ən azından maliyyə baxımından bu belədir. Əgər o cür olmasa 2020-2021-ci tədris illəri üçün Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində "Müasir Azərbaycan dili" fənni ləğv edilməzdi. Bu, artıq ana dilimizə qarşı açıq-aşkar düşmənçilikdir. Halbuki, məhz bu fənn dərslikləri rəhmətlik Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1970-80-ci illərdə Dövlət mükafatına layiq görülmüşdür. Bundan başqa Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də Azərbaycan dilinin inkişafı ilə bağlı dəfələrlə çıxışlarında qeyd etmiş və bu barədə sərəncamlar imzalamışdır. Ən acınacaqlısı da odur ki, bu qədər ciddi problemi bu günə qədər özlərini Azərbaycan jurnalistikasının "başqan"ları adlanıranlar dillərinə belə gətirməyiblər. Görünür bu "başqan"ların başları əvvəllər ağalarının göstərişlərinə əsasən şər-böhtan yaymağa, indi isə yeni ağalar axtarışına qarışıb”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?