“Rusiya Ukrayna sərhədinə 94 min əsgər yerləşdirib”
“Rusiya sərhədə 94 min əsgər yerləşdirib, təxribata cavab verməyə hazırıq”.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi bəyanatla çıxış edib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov parlamentdə çıxışı zamanı bildirib ki, Rusiya Ukrayna sərhədinə 94 min rus əsgəri yerləşdirib.
“Bizim tərəfimizdən heç bir təxribat olmayacaq, lakin təxribat olarsa, cavab verməyə hazırıq”, - Reznikov bildirib.
Reznikov onu da qeyd edib ki, yanvarın sonuna doğru sərhədin rus əsgərlərinin yerləşdiyi hissəsində genişmiqyaslı gərginlik gözlənilir.
Məsələ ilə bağlı Ağ Ev açıqlama verib. Ağ Evin sözçüsü Cen Psaki Rusiyaya xəbərdarlıq edib ki, 2014-cü ildə Krımda olanlara bənzər addımlar atmasın:
“Biz bir çox variantımızın olduğunu ruslara birbaşa çatdırmışıq”.