“Buna hazır deyilsinizsə, bizə təhlükəsizlik zəmanəti verin” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olan ölkələr Ukraynanın üzvlüyünü qəbul etməyə hazır deyillərsə, Ukrayna üçün hüquqi təhlükəsizlik təminatları hazırlamalıdırlar.
“Azadsəs.az” xəbər verir ki, Zelenski bunu “Reuters” və CNN-ə müsahibəsində deyib.
Prezident beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək üçün daha çox iş görməyə, o cümlədən, Ukrayna ərazisi üzərində uçuşa qadağan zonanın tətbiqinə çağırıb:
"Biz NATO ölkələrini müharibəyə çəkməkdən danışmırıq. Həqiqət budur ki, hamı uzun müddətdir müharibəyə cəlb olunub və açıq-aydın Ukrayna deyil, həm də Rusiyada - genişmiqyaslı müharibə gedir", - Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, ABŞ Prezidenti Co Bayden ona belə bir tədbirin tətbiqinin vaxtı olmadığını deyib:
“Rusiya Ukraynanın NATO-da olmasını istəmədiyinə görə onlar Ukrayna üçün ümumi təhlükəsizlik təminatları hazırlamalıdırlar”.