ABŞ və Çin arasında hərbi gərginlik - QIRICILAR QARŞI-QARŞIYA...
- 1-02-2021, 14:11
- Dünya
ABŞ ilə Çin arasındakı gərginlik artmağa davam edir.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, iki ölkə arasında hərbi gərginlik yaranıb. Vəziyyət keçən həftə "USS Theodore Roosevelt"-in Cənubi Çin dənizinə gəlməsi və bir neçə Çin döyüş təyyarəsinin Tayvanın hava sahəsini pozması ilə daha da alovlanıb.
Tayvan Müdafiə Nazirliyindən verilən məlumatda 2 J-10 hücum təyyarəsi, 4 J-11 döyüş təyyarəsi və 1 Y-8 kəşfiyyat təyyarəsi daxil olmaqla, ümumilikdə 7 Çin təyyarəsinin Pratas adaları yaxınlığında ABŞ qüvvələri ilə eyni sulara uçduğu öz əksini tapıb.
Mütəxəssislər Çin və ABŞ-ın müxtəlif yollarla bir-birinə güc nümayiş etdirməsini böyük təhlükənin əlamətləri kimi dəyərləndirirlər.
Rəsmi Pekin rəhbərliyi müstəqilliyini qəbul etmədiyi Tayvan səmasına tez-tez döyüş təyyarələri göndərir. Bu isə ABŞ-ın bölgədəki maraqlarına ziddir.