MN: Ermənistanın Azərbaycan təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır
Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.
Bu barədə "Azad Səs"-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
"Rəsmi olaraq bildiririk ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb", - məlumatda bildirilib.