Çin şirkəti Azərbaycan məhkəməsində 800 minlik iddia qaldırdı
- 7-08-2020, 09:06
- Dünya
Çinin neft sənayesi sahəsində tanınan “Hong Kong Oil Gas Limited” şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Azərbaycanda faəliyyət göstərən şirkətə qarşı iddia qaldırıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Çin şirkəti cavabdeh “Azərbaycan-Şenqli Bohay Petrolium İncinirinq Şirkəti” MMC-yə qarşı iddia irəli sürüb.
Əirzədə qeyd olunub ki, MMC-nin 01 sentyabr 2019-cu ilədək hesablanmış 465 500 ABŞ dolları (təxminən 791 min manat) məbləğində faizlər üzrə borcun və ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində vəsaitin tutularaq “Hong Kong Oil Gas Limited” şirkətinə ödənilməsi tələb olunub.
“Azərbaycan-Şenqli Bohay Petrolium İncinirinq Şirkəti” MMC isə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müflis elan olunmasını istəyib. “Hong Kong Oil Gas Limited” şirkəti isə kreditor təyin edilib.
Daha sonra Çin şirkəti məhkəməyə müraciət edərək iddiaya baxılmamasını xahiş edib. Bu nəzərə alınaraq, sənədlər geri qaytarılıb.