Tramp “TikTok”a 90 gün vaxt verdi
- 15-08-2020, 12:23
- Dünya
Prezident Donald Tramp “TikTok” tətbiqinin sahibi, Çin texnoloji şirkəti olan “ByteDance”in ABŞ-dakı aktivlərini 90 gün ərzində satması üçün Fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan Fərmanda, “ByteDance”in ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədə biləcəyinə dair “etibarlı sübutların” olduğu bildirilib.
Fərmanda “ByteDance”in 90 gün ərzində ABŞ-dakı bütün aktivlərini satması şərt qoyulub. Həmçinin bildirilib ki, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə məlumat verməlidir.