Koronavirusu dünyaya yayan Çin nə qədər qoruyucu maska satıb ?
- 29-01-2021, 16:47
- Dünya
Bu barədə “İnterfaks” xəbər yayıb.
Bildirilir ki, ölkədən həmçinin 2.3 milyard qoruyucu kostyum və bir milyard reaktiv test dəsti eksport edilib.
Çinin Ticarət nazirinin müavini Tsyan Keminin sözlərinə görə, ölkə epidemiya əleyhinə dərmanların ən böyük ixracatçısı kimi üstünlüklərini fəal şəkildə inkişaf etdirib.
2020-ci ildə Çin iqtisadiyyatı 2,3 faiz böyüyüb. Halbuki, ölkədə iqtisadi artım son qırx ildə minimal göstərici təşkil edib.
Bununla yanaşı Çin ehtimal ki, böyük dövlətlər arasında koronavirus pandemiyası fonunda iqtisadi artım göstərən yeganə ölkədir.
Misal olaraq qeyd edək ki, ABŞ-da 2020-ci il üçün ÜDM-i (Ümumi Daxili Məhsul) 3,5 faiz azalıb, bu isə 1946-cı ildən bəri ən zəif göstəricidir.Oxu.az