ABŞ-dan Rusiyanı qəzəbləndirəcək addım - Gizli şəkildə bu ölkəyə göndərildi
- 31-01-2021, 16:03
- Dünya
"The Times" qəzetinin yazdığına görə, 2020-ci ildə Liviya döyüş meydanında ABŞ tərəfindən tamamilə yararlı şəkildə ələ keçirilən Rusiyanın "Pantsir-S1" hava hücumundan müdafiə zenit-raket kompleksinin gizli tapşırıqla Almaniyadakı ABŞ aviabazasına göndərildiyi öyrənilib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, missiya çərçivəsində ABŞ Hava Qüvvələrinə məxsus "C-17 Globemaster" III yük təyyarəsinin 2020-ci ilin iyun ayında Tripolinin qərbindəki Zuvara hava limanına endiyi də bildirilib. Haftar qüvvələrindən biri olan Vatiye bazasında ələ keçirilmiş "Pantsir-S1" zenit-raket sistemi Almaniyadakı Ramşteyn bazasına aparılması üçün müvafiq yük təyyarəsi ilə göndərilən qrup tərəfindən Liviyadan çıxarılıb.
"The Drive" tərəfindən qeyd edildiyi kimi, sistemin ölkədəki digər qruplar tərəfindən ələ keçirilməsinin qarşısını almaq fikri "Pantsir-S1"in Liviyadan dərhal çıxarılmasına səbəb olub. Digər tərəfdən, yuxarıda sadalanan Rusiyada istehsal olunan sistemin yararlı vəziyyətdə götürülən bir ədəd nümunəsinin kəşfiyyat üçün də faydalı olacağı düşünülür.
Adı çəkilməyən rus rəsmisi Moskvanın ABŞ-ın "Pantsir-S1" zenit-raket sistemini apardığından xəbərdar olduğunu bildirib. Bununla birlikdə o, ələ keçirilmiş sistemin kəşfiyyat dəyərinin ixrac versiyası olduğu üçün məhdud olacağını qeyd edib.
Mövzu ilə əlaqədar səsləndirilən fikirlərə görə, sistemin hərtərəfli və diqqətlə araşdırılması məhdud olsa da, müxtəlif qiymətli kəşfiyyat məlumatları verə bilər. Yalnız müəyyən komponentlərin tikintisində istifadə olunan materialların və bu materialların istehsal keyfiyyətinin araşdırılmasının Rusiyanın mövcud imkanları barədə faydalı məlumat verə biləcəyi bildirilir. "Pantsir-S1"ə sahib olmağın ABŞ ordusuna əks tədbirlərin hazırlanması da daxil olmaqla, bir çox cəhətdən üstünlük verəcəyi düşünülür.