Co Baydenin xarici siyasəti: Rusiya ƏSAS DÜŞMƏNDİR
- 22-01-2021, 09:47
- Siyasət
"ABŞ artıq öz ənənəvi siyasətinə geri dönüb. Böyük ehtimal ki, yeni hakimiyyət Barak Obamanın siyasətini izləyəcəyik. Təyin olunan namizədlərə baxanda da görə bilərik ki, onların hər biri B.Obama dövründə fərqli vəzifələr tutmuş, beynəlxalq arenada tanınan şəxslərdir".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Turab Rzayev deyib. O bildirib ki, bundan sonra ABŞ-ın xarici siyasəti davamlı izlənilən hadisələrdən biri olacaq:
"Donald Trampın dönəmində ABŞ və İngiltərə arasında münasibətlər yaxşı idi, onlar demək olar ki, paralel şəkildə hərəkət edirdilər. Co Baydenin açıqlamalarından isə bəlli olur ki, Böyük Britaniya ilə münasibətlərin necə olacağından narahatlıq keçirir. Həmçinin, ABŞ-ın ənənəvi müttəfiqləri İsrail, Türkiyə və körfəzdəki ərəb ölkələri ilə gərginlik, uyğunsuzluğun yenə davam edəcəyi görünür. Çünki D.Trapmın zamanında həmin ölkələr ilə münasibətlər normal olsa da, Barak Obama münasibətləri korlamışdı. Ağ Ev rəsmiləri Türkiyənin daxili məsələlərinə qarışdıqlarına görə müəyyən narazılıqlar yaranmışdı. Ehtimal olunur ki, bu dövrdən etibarən həmin problemlər bir daha qabaracaq. Düzdür, bunun qarşısını almaq üçün Türkiyə artıq bir sıra siyasət modelləri təklif edib.
ABŞ-ın başlıca rəqibi Çin, əsas düşməni də Rusiya olaraq qalacaq. Bu siyasət dəyişməyəcək. Çünki ABŞ ən böyük iqtisadi və siyasi təhdid olaraq Çini, ən böyük hərbi təhdid olaraq isə Rusiyanı görür".