“Apple”a qarşı “Armudu almadan qoruyun” petisiyası başladıldı
- 10-08-2020, 14:04
- Cəmiyyət
ABŞ texnologiya nəhəngi “Apple” yemək resepti üzrə fəaliyyət göstərən sosial şəbəkə tətbiqi "Prepear"i məhkəməyə verib.
“Azad Səs” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb "Prepear"in logosunda yer alan armud şəkilli loqotipinin “Apple”ın loqotipinə bənzərliyi olub.
Məlumata görə, sadəcə 5 işçisi olan “Prepear” trilyon dollarlıq texnoloji nəhəngə qarşı mübarizə aparacaq.
Qeyd edək ki, “Apple”ın məhkəmə iddiasından sonra “Prepear”in qurucusu Russell Monson “Armudu almadan qoruyun” şüarı ilə petisiyaya başladıb və 14 mindən çox dəstək toplayıb.
Xatırladaq ki, “Apple” daha əvvəl Norveçdə fəaliyyət göstərən siyasi partiya “Fremskrittspartiet”ə və Almaniya Velosiped Yoluna (Apfel Route) qarşı da “loqotip” bənzərliyinə görə, məhkəmə iddiası qaldırmışdı.