“BSJ peyvəndinin tətbiq edildiyi ölkələrdə koronavirus az yayılıb”
- 8-04-2020, 07:24
- Cəmiyyət
Koronavirus epidemiyasının müxtəlif ölkələrdə fərqli nəticələrə yol açmasının səbəblərindən biri də bəzi ölkələrdə vərəmə qarşı istifadə olunan BSJ peyvəndinin geniş tətbiqi ola bilər.
İstiPress-in məlumatına görə, bu barədə Nyu-York Texnologiya İnstitutunun alimlərinin “medrxiv.org” portalında yerləşdirdiyi elmi araşdırma məqaləsində açıqlama verilib.
“BSJ peyvəndinin tətbiqi üzrə universal siyasətə sahib olmayan ölkələrə nisbətən (İtaliya, Hollandiya, ABŞ) BSJ peyvəndinin uzun müddət icbari qaydada tətbiq olunduğu ölkələrdə koronavirus epidemiyasının fəsadlarının daha az olduğunu müşahidə etdik” , - deyə araşdırmada qeyd olunub.
Araşdırma müəlliflərindən biri Qonzalo Otazu bildirib ki, BSJ peyvəndi yoluxucu respirotor xəstəliklərin bir çoxuna qarşı geniş müdafiyə qalxanı yarada bilər.
Araşdırmada BSJ peyvəndinin tətbiq olunduğu ölkələrlə sözügedən peyvəndin tətbiq olunmadığı və ya istifadəsinə gec başlandığı ölkələr arasında əlaqəli müqayisələr aparılıb. Məlum olub ki, koronavirusdan ən çox zərər görən və ölüm hallarına görə birinci yerdə qərarlaşan İtaliyada BSJ peyvəndinin ölkə üzrə universal tətbiqi heç vaxt həyata keçirilməyib. İndiyə qədər cəmi 92 ölümün yaşandığı Yaponiyada isə illərdir ki, vərəmə qarşı universal peyvəndləmə siyasəti aparılır.
Araşdırmaçılar, həmçinin vərəmə qarşı peyvəndləmə siyasətinə daha gec başlayan ölkələrin statistikalarını da müqayisə ediblər. Məlum olub ki, BSJ-nin geniş və icbari tətbiqinə 1984-cü ildə başlayan İran ilə eyni peyvəndin tətbiqinə 1947-ci ildə başlamış Yaponiya arasında ölüm və yoluxma hallarının sayında ciddi fərq var.
Bu o deməkdir ki, BSJ peyvəndinin tətbiqinə daha əvvəl başlamış ölkələrdə yaşlılar arasında virusa yoluxma və ölüm riski daha azdır.
Bu fərq həmçinin Qərbi Avropa ölkələri ilə BSJ peyvəndinin geniş tətbiq olunduğu keçmiş Sovet İttifaqında daxil olan Şərqi Avropa ölkələri arasında da özünü göstərib.
Qeyd edək ki, bizdə BSJ kimi tanınan “Bacillum Calmette Guerin” (BCG) vaksini 1923-cü ildə fransa alimləri Kalmett və Qeren tərəfindən hazırlanıb.