Ramil Səfərovdan eksklüziv açıqlama - ÖZƏL
- 27-05-2020, 18:05
- Manset
"Saytların əksəriyyəti Avropa İnsan Haqları Məhkəməsinin qərarını düzgün tirajlamayıb."
Azad Səs BAXAR.AZ-a istinadən xəbər verir ki bu barədə Ramil Səfərov danışıb. O, eyni zamanda, xaricdə və Azərbaycanda yaşayan separatçı fəalların onun haqqında sosial şəbəkələrdə məqalələr dərc etməsinə də münasibət bildirib:
"O şəxslərin fikirləri mənim üçün əhəmiyyətli deyil. O şəxslər çıxıb desə idi ki, biz Ramil Səfərova dəstəyik, mənim üçün təhqir olardı. Azərbaycan cəmiyyəti də, dövləti də nə etdiyini çox yaxşı bilir."
Qeyd edək ki, 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.
Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi AİHM-ə şikayət edib. Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi İnsan Haqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsinə uyğun olmayıb.
Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu da iddia edirdilər.
Onlar tələb etmişdilər ki, Məhkəmə cavabdeh dövlətin üzərinə R.Səfərovun əfv edilməsi qərarının ləğv olunması barədə ümumi tədbir məcburiyyəti qoysun.
AİHM-in qəbul etdiyi qərarda göstərilir ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər.
Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerlinq təzminat ödəməlidir. Təzminat xərc və məsrəflərə görədir. Bu isə Azərbaycan hökumətinin iddiaçıların məhkəmə xərclərinin ödəməsindən ibarətdir.
Ermənilərin digər iddiaları rədd edilib.
Fərid İMRAN