Azərbaycanda İİV-dən ölənlərin sayı açıqlandı - RƏSMİ
- 4-08-2020, 10:14
- Cəmiyyət
Azərbaycan vətəndaşları arasında 2020-ci ilin altı ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 15,8 faizi, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu hesabat yayıb.
Ümumilikdə 1988-ci ildən İİV infeksiyası aşkar olunmuş 8408 nəfərdən (3260 kişi, 74 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olublar ki, onların da 2605 nəfəri (78,8 faiz) dispanser qeydiyyatına götürülüb.
Ümumiyyətlə, qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır.
1988-ci ildən etibarən İİV infeksiyasından ölmüş vətəndaşların ümumilikdə sayı 1093 nəfər olub.
Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin altı ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxan Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub.