Azərbaycanda koronavirusla bağlı son vəziyyət
- 11-05-2020, 09:34
- Manset
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.
Azad Səs-in məlumatına görə, mayın 10-da ölkədə koronavirusla bağlı 4 461 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 193 411 test aparılıb.
Xatırladaq ki, mayın 10-da Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub, 30 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 2 519 yoluxma aşkarlanıb. Onlardan 1 650-si sağalıb, 32-si ölüb.
Hazırda aktiv xəstə sayı 837-dir.
Həmin şəxslərdən 33-nün vəziyyəti ağır, 40-nın vəziyyəti isə orta ağırdır. Digərlərinin səhhəti stabildir.