Yoluxma azalsa da, reanimasiyada xəstə sayı artır
- 28-07-2020, 09:08
- Manset
Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Azad Səs-in məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.
Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı artıb. Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 314 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 313 nəfər idi.
Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 69 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 70 nəfər idi.
İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.