18 yaşlı haker “Uber”-i “sındıraraq” sürücülərin maaşının artırılmasını tələb etdi
- 17-09-2022, 13:09
- Cəmiyyət
Populyar taksi xidməti “Uber” haker hücumuna məruz qalıb. Hücuma görə məsuliyyəti 18 yaşlı haker öz üzərinə götürüb. O, sürücülərin maaşlarının artırılmasını tələb edib.
Şirkət hücumu təsdiqləyib. Uber nümayəndələri bildiriblər ki, onların mütəxəssisləri haker hücumunun miqyasını öyrənmək üçün bir neçə daxili rabitə və mühəndislik sistemini söndürüblər.
Hazırda şirkət hadisə ilə bağlı araşdırma aparır və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.