ABŞ-a qarşı hücumlarla bağlı Rusiyadan RƏSMİ AÇIQLAMA
- 14-12-2020, 16:26
- Dünya
Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliyi Amerika dövlət qurumlarına haker hücumları ilə bağlı ittihamlara münasibət bildirib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, səfirlik Amerika KİV-lərinin Moskvanı Amerika hökumət orqanlarına haker hücumlarında ittiham etmək cəhdlərini əsassız sayır.
Səfirliyin mesajında deyilir: “Məsuliyyətlə bəyan edirik: informasiya məkanındakı hücumlar ölkəmizin xarici siyasət prinsiplərinə, milli maraqlarına və dövlətlər arasında münasibətlərin necə qurulduğuna dair fikirlərə ziddir. Rusiya virtual mühitdə hücum əməliyyatları aparmır”.
Bundan əlavə, səfirlik Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ABŞ ilə qarşılıqlı əlaqəni bərpa etmək üçün geniş tədbirlər proqramını həyata keçirmək təşəbbüsünü xatırladıb.
Qeyd edək ki, “Röyters” mənbələrə istinadən xarici hökumət tərəfindən dəstəklənən bir qrup hakerin ABŞ Xəzinədarlığı və Milli Telekommunikasiya İdarəsinə giriş əldə etməyi bacardığını bildirmişdi. Hücumun miqyası o qədər geniş olub ki, şənbə günü ABŞ Milli Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. “Vaşinqton Post” hücumun arxasında Rusiyanın ola biləcəyini iddia etsə də, heç bir dəlil gətirməyib.