“Clubhouse”un 1.3 milyon istifadəçisinin şəxsi məlumatları yayılıb
“Cybernews” xəbər verir ki, şəbəkənin 1.3 milyon istifadəçisinin şəxsi məlumatları pulsuz olaraq haker forumlarının birində yerləşdirilib.
Paylaşılan məlumatlar arasında ad və soyad, şəxsi fotoşəkillər, eləcə də istifadəçinin digər sosial şəbəkələrdəki hesabları barədə məlumatlar var.
Xatırladaq ki, bir neçə gün öncə “Facebook” və “LinkedIn” şəbəkələrinin hər birinin yarım milyard istifadəçisinin şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.