Daily Mail: Bakıdakı AVRO-2020 matçları tamaşaçıların iştirakı ilə keçiriləcək
“Daily Mail” nəşri xəbər verir ki, onlar müvafiq bəyanatlarla Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) müraciət ediblər.
Məlumata əsasən, bəzi şəhərlərdə tribunaların yalnız 10% səviyyəsində doldurulacağı açıqlanıb. Lakin UEFA bu rəqəmlə razı deyil və izləyici sayının artırılmasını tələb edir.
Qeyd edək ki, qurum AVRO-2020 zamanı stadionlardakı azarkeş kvotası ilə bağlı yekun qərarını aprelin 20-də qəbul edəcək.