“Karabakh Hacking Team” və “AntiArmenia.Org”dan olan bir qrup azərbaycanlı haker Ermənistan hökumətinin “MulberryGroupware” v1 və v2 elektron sənəd dövriyyəsi sistemini sındırıb. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə komandanın teleqram kanalında deyilir. “Biz serverin sərt diskini günbəgün, ilbəil klonlamışıq. Nəticədə məlumat sızıntısı 50 TB-ı keçir. Odur ki, bizi izləyin və onların hamısını yükləmək imkanınız olacaq. Layihənin ümumi dəyəri 916 244,81 avrodur (1 072 268,94 ABŞ dolları). Bu nə deməkdir? O deməkdir ki, Ermənistanın cinayətkar hökuməti qəsdən həvəskar “Vxsoft” şirkətiilə işləyib və bu fürsətdən istifadə edib. Çox sağ olun, Ermənistan hökuməti!”, - mesajda deyilir.