Kanadada atışma olub, ölənlər yaralananlar var
![](/uploads/posts/2021-08/medium/1628480680_dce928b2-5536-30ea-b122-e968ebd2c7eb_850.jpg)
"Report" xəbər verir ki, bu barədə polisə istinadən CBC telekanalı bildirib.
Məlumata görə, hadisə zamanı öldürülənlər 28-43 yaşlı kişilərdir.
Polisin qənaətincə, onların arasında dava olub, bu isə atışmaya gətirib çıxarıb. Nəticədə iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.