Tatarıstanın baş qanuni oğrusu həbs edilib
“RİA Novosti” xəbər verir ki, Tatarıstan DİN-in məlumatına görə, 59 yaşlı Neyderov dəfələrlə quldurluq, sənədlərin saxtalaşdırılması və xuliqanlıq səbəbindən həbs olunub. O, 2015-ci ildə keçirilən qanuni oğruların iclasında respublika üzrə “vəziyyətə baxan” şəxs seçilib.
Hazırda Tatarıstanın hüquq-mühafizə orqanları qanuni oğrunun fəaliyyəti ilə bağlı araşdırma aparır.