Milli Bankın rəhbəri bildirib ki, 2021-ci ilin dövlət büdcəsi dünyada iqtisadi aktivliyin qeyri-müəyyən olduğu şəraitdə proqnozlaşdırılır: “Pandemiya ayrı-ayrı ölkələrin iqtisadiyyatını mühüm sınaqlara çəkəcək. Bütün resurslardan səmərəli istifadə edilməsi iqtisadi artımın, rifahın yüksəldilməsi istiqamətində olduqca böyük nəticələr əldə etməyə imkan yaradacaq”.
Elman Rüstəmov ölkənin strateji valyuta ehtiyatlarının il ərzində sabit qaldığını vurğulayıb. Əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb.
Elman Rüstəmovdan manatla bağlı VACİB AÇIQLAMA: "Bütün ölkə ərazisində..."
- 24-12-2020, 11:51
- Cəmiyyət
Biz gələcəyə, növbəti dövrə ruh yükskliyi məqsəd və planlarla keçirik. Maliyyə-bank sektoru olaraq işğaldan azad edilən ərazilərdə malyyə bank strukturlarının qurulması planları haqqında düşünürük. Ümid edirik ki, manatın bütövlükdə ölkə ərazisində işlənməsi təmin ediləcək. Biz əminik ki, prezidentin rəhbərliyi ilə Azərbaycan bu qələbənin təsiri altında intibah dövrünü yaşayacaq. Azərbycan beynəlxalq nüfuz və mövqeyini daha da gücləndirəcək.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov qeyd edib ki, növbəti ildə maliyyə sabitliyinin qorunması, maliyyə sektoruna dəstək, sığorta, qiymətli kağızlar bazarının dərinləşməsi, burada olan problemlərin həlli istiqamətində geniş strategiya hazırlanıb.